Səfirlik: Sankt-Peterburqda general-adyutant Hüseyn xan Naxçivanskinin abidəsinin ucaldılması layihəsi əlavə maliyyə dəstəyinə ehtiyac duymur


Digərləri 12 Sen 2019 22:17:44 48 0

Səfirlik: Sankt-Peterburqda general-adyutant Hüseyn xan Naxçivanskinin abidəsinin ucaldılması layihəsi əlavə maliyyə dəstəyinə ehtiyac duymur

Son günlər sosial şəbəkələrdə məşhur azərbaycanlı, general-adyutant Hüseyn xan Naxçıvanskinin Sankt-Peterburq şəhərində abidəsinin ucaldılması üzrə işlərin maliyyələşdirilməsinin dayandırılması ilə bağlı ictimaiyyəti narahat edən mövzu yayılmaqdadır

Bakı. Son günlər sosial şəbəkələrdə məşhur azərbaycanlı, general-adyutant Hüseyn xan Naxçıvanskinin Sankt-Peterburq şəhərində abidəsinin ucaldılması üzrə işlərin maliyyələşdirilməsinin dayandırılması ilə bağlı ictimaiyyəti narahat edən mövzu yayılmaqdadır. Bu barədə Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyində məlumat verilib. Bununla əlaqədar, Səfirlik rəsmi olaraq bildirir ki, sözügedən layihə ilə bağlı heç bir əlavə maliyyə dəstəyinə ehtiyac yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hər birimiz üçün olduqca vacib olan bu ideyanın tam həyata keçirilməsi üçün bütün lazımi vəsait ayrılmışdır. Qeyd etmək lazımdır ki, kompozisiyanın seçilməsi ilə bağlı işlərin əvvəlində bir neçə müəllif tərəfindən müxtəlif eskizlər təqdim olunmuşdu. Həmin eskizlər uzun müddət və ətraflı nəzərdən keçirildikdən sonra gənc və istedadlı heykəltəraş Mixail Popov və memar Yevgeni Çerepaxinin xeyrinə seçim edilmişdir. Həmçinin vurğulamaq lazımdır ki, Mədəniyyət Nazirliyindəki iş təcrübəsindən istifadə edərək, Polad Bülbüloğlu sözügedən eskizə bir sıra düzəliş və əlavələr etmişdir ki, bunun sayəsində abidənin kompozisiyasının yaradıcı hissəsi üzrə iş yekunlaşdırılmışdır. Kompozisiyanın seçilməsi və təsdiq olunması ilə paralel olaraq, Səfir Polad Bülbüloğlu Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş konsulu Sultan Qasımov ilə birgə Sankt-Peterburqun o vaxtkı qubernatoru və rəhbərliyi, eləcə də abidənin ucaldılması ideyasını irəli sürmüş Azərbaycan diasporunun nümayəndələri ilə bir sıra görüşlər keçirmişlər. Bundan əlavə, 2016-cı ildə Hüseyn xan Naxçıvanskinin oğluna məxsus məzar daşı aşkar olunduqda, məhz Polad Bülbüloğlu tərəfindən həmin məzar daşının abidənin postamentinə əlavə edilməsi fikri irəli sürülmüşdür. Hazırda heykəltəraşlıq kompozisiyası, eləcə də memarlıq layihəsi tam olaraq yekunlaşmışdır və işin görülmüş hissəsi ödənilmişdir. Layihə üzrə növbəti işlərin görülməsi üçün lazımi vəsait köçürülmüşdür. Dövlət vəsaitinin xərclənməsinin hesabatlılığının zəruriliyini, eləcə də vəsaitin qeyri-şəffaf istifadə edilməsinin mümkünlüyünün istisna olmadığını nəzərə alaraq, vəsaitin xərclənməsini təsdiqləyən müvafiq sənədlər sorğu edilmişdir. Lazımi sənədlər təqdim olunmadığından maliyyələşdirilmə dayandırılmışdır. Həmçinin qeyd etmək vacibdir ki, abidənin ucaldılması üçün Sankt-Peterburq administrasiyası tərəfindən ayrılmış ərazidə yeraltı mühəndis-texniki kommunikasiyalarla bağlı bəzi ciddi problemlər üzə çıxmışdır. Hazırda Səfirin Sankt-Peterburqun yeni seçilmiş qubernatoru ilə yaranmış problemlərin həlli üçün görüşünün təşkili planlaşdırılır. Məlum olduğu kimi, 2020-ci ildə Azərbaycan Peterburq Mədəniyyət Forumunda qonaq ölkə kimi təmsil olunacaqdır ki, bu da xalqlarımızın mədəni həyatında olduqca əhəmiyyətli hadisədir. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılmaqla, Forumun əsas tədbirlərindən biri kimi, Hüseyn xan Naxçıvanskinin abidəsinin təntənəli açılışı planlaşdırılır. İctimaiyyəti “divident” qazanmaq istəyən “vətənşüvənlər” tərəfindən yayılan dezinformasiya və təxribat xarakterli məlumatlara uymamağa çağırırıq. Səfirlik Azərbaycan xalqının tarixinin qəhrəmanlıq səhifələrinin xatirəsini əbədiləşdirmək üçün ondan asılı və lazım olan bütün tədbirləri görür. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
İbn Zübeyr necə şəxs olub? like
  • 12 Sen 22:15  
Digərləri İbn Zübeyr necə şəxs olub?

bn Zübeyr necə şəxs olub? Bəziləri onun Yezidə qarşı qiyam qaldırdığ

arrow Ətraflı
İstixarənın hansı növləri var? Necə edilir? like
  • 12 Sen 22:10  
Digərləri İstixarənın hansı növləri var? Necə edilir?

İstixarə müstəhəb əməllərdəndir. Bu haqda İmam Sadiq (ə) buyurur: &qu

arrow Ətraflı
Uşaqlıqda yaranan xərçənglərin 90 faizdən çoxu... like
  • 12 Sen 22:08  
Digərləri Uşaqlıqda yaranan xərçənglərin 90 faizdən çoxu...

Professordan açıqlama: Uşaqlıqda yaranan xərçənglərin 90 faizdən çoxu.

arrow Ətraflı
Erməni xalqı bunu dərk etməlidir like
  • 12 Sen 22:07  
Siyasət Erməni xalqı bunu dərk etməlidir

"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etm

arrow Ətraflı
Gürcüstanda 25 yaşlı azərbaycanlıya vəzifə verildi like
  • 12 Sen 22:06  
Dünya Gürcüstanda 25 yaşlı azərbaycanlıya vəzifə verildi

Gürcüstanda 25 yaşlı azərbaycanlıya vəzifə verilib.

arrow Ətraflı
Azərbaycana Yaxın Şərq və İrandan gələnlərin sayı azalıb like
  • 12 Sen 22:01  
Digərləri Azərbaycana Yaxın Şərq və İrandan gələnlərin sayı azalıb

2019-cu ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici v

arrow Ətraflı
Gülşən səhnəyə yarıçılpaq çıxdı  FOTO like
  • 12 Sen 22:01  
Digərləri Gülşən səhnəyə yarıçılpaq çıxdı FOTO

Türkiyənin gənc və populyar müğənnilərindən olan Gülşən Şimali Kipr

arrow Ətraflı
“Ərimi nə hala saldınız!”  Aktyorun like
  • 12 Sen 21:58  
Şou-biznes “Ərimi nə hala saldınız!” Aktyorun

Aktyor Tolqahan Sayışman yeni serialı üçün məşqlərə davam edir.

arrow Ətraflı
Putin İsrailə gedəcək like
  • 12 Sen 21:57  
Dünya Putin İsrailə gedəcək

Rusiya prezidenti Vladimir Putin İsrailə gedəcək.

arrow Ətraflı
Azərbaycanlı mühacir Almaniyada intihara cəhd etdi like
  • 12 Sen 21:56  
Dünya Azərbaycanlı mühacir Almaniyada intihara cəhd etdi

Almaniyanın Hermefkeil şəhərində 34 yaşlı azərbaycanlı özünə qəsd e

arrow Ətraflı
İnsanın qəlbi niyə daşlaşır? like
  • 12 Sen 21:55  
Digərləri İnsanın qəlbi niyə daşlaşır?

İnsan əgər həqiqi yoldan üz döndərərsə, qəlbi daşlaşar. Quran qəlbi

arrow Ətraflı
Qızıl bazarı bahalaşdı, gümüş isə... like
  • 12 Sen 21:52  
Digərləri Qızıl bazarı bahalaşdı, gümüş isə...

Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

arrow Ətraflı
Ailədə əsəbləşən zaman nə etmək? like
  • 12 Sen 21:50  
Digərləri Ailədə əsəbləşən zaman nə etmək?

Həyat yoldaşınız sizi əsəbləşdirmişdir, ilk elədiyiniz rəftar nədir?

arrow Ətraflı
Həzrət Qasimin şəhadəti like
  • 12 Sen 21:45  
Digərləri Həzrət Qasimin şəhadəti

O gecə hamı İmama (ə) öz vəfadarlığını elan edəndən sonra dedilər k

arrow Ətraflı