Ailədə əsəbləşən zaman nə etmək?


Digərləri 12 Sen 2019 21:50:00 234 0

Ailədə əsəbləşən zaman nə etmək?

Həyat yoldaşınız sizi əsəbləşdirmişdir, ilk elədiyiniz rəftar nədir? Bilirsinizmi ki, bu zaman şeytan fəaliyyətə keçər və sizin aranıza kin və düşmənçilik toxumu səpər?!

Hər birimiz ailədə qəzəbimizi müxtəlif cür büruzə veririk. İstər bu əməlimizi sevək, istərsə də nifrət edək. Bu şiddətli həyəcan bir neçə dəqiqə davam edər və bu vaxt ərzində ruhumuzu və bədənimizi bir-birinə vurar. Bəzilərinin üzü qızarar, bəzilərinin nəfəsi təngləşər və bəziləri də fəryad çəkərlər.

Son.az deyerler.org-a istinadən bildirir ki, qəzəbin kəlamsız büruzə verilməsi:

1. Sükut: Əsəbi kəlamsız dəf etmək üçün bəzən susmaq məsləhət görülür və bu zaman bir qədər özünə gəlir və nəyin baş verdiyinə agahlıq əldə etmiş olursan.

2. Bayıra tökmək: Fiziki rəftarlar görməyə başlayırsan. Misal üçün boşqabı sındırırsan, zibil qabını tullayırsan, ya da əlini diavara vurursan. Bununla əsəbini dəf etməyə çalışırsan.

3. Fiziki fəaliyyət. Əsəbləşən zaman fiziki fəaliyyətlərlə məşğul olmağa çalışırsan. Məsələn rəsm çəkirsən, idman edirsən, gəzişirsən.

Əsəbi kəlamla büruzə vermək.

1. Tənqid: Əsəbin kəlamla büruzə verilməsinin ən çox yayılmış forması tənqiddir. Adətən əsəbləşən zaman dilimizə əziyyət verən, incidən sözlər gətiririk. Qarşı tərəfin etdikləri xataları yada salır və onu tənqid edirik.

2. Dillə hücuma keçmək. Nə zaman tənqid şiddətlənər, söz hücumuna çevrilər. Bu zaman təhqir, tənə və söyüş də söhbətə yol tapar.

Bəs qəzəbimizi ən yaxşı necə büruzə verə bilərik?

Qarşı tərəfi incitmədən və əziyyət vermədən əsəbləşmək üçün təmrinə ehtiyacımız vardır. Bu təmrinin də mərhələləri vardır:

(adsgarden = window.adsgarden || []).push({});