Zakir Həsənov Azərbaycan və Türkiyə şahinləri ilə görüşdü FOTO


Digərləri 12 Sen 2019 21:36:00 235 0

Zakir Həsənov Azərbaycan və Türkiyə şahinləri ilə görüşdü  FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti və Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi, briqada generalı İsmail Hakkı Köseali "TurAz Qartalı - 2019" birgə taktiki-uçuş təlimlərində iştirak edən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin yerləşdiyi aerodroma gəliblər.

Son.az bildirir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Əvvəlcə hər iki dövlətin himnləri səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkələrimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müdafiə naziri təlimlərdə iştirak edən şəxsi heyəti salamlayaraq çıxışına ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" və türk xalqının öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" kəlamları ilə başlayıb.

Ölkələrimizin təhlükəsizliyi baxımından təlimlərin əhəmiyyətini vacib sayan Müdafiə naziri bunun hərbi gücümüzün daha bir nümunəsi olduğunu qeyd edib. O, təlim iştirakçılarına uğurlar arzulayaraq döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsindən məmnun qaldığını ifadə edib.

Sonra təlimlərin yekununa dair yüksək səviyyəli qonaqlara brifinq təqdim olunub.

(adsgarden = window.adsgarden || []).push({});