Azərbaycan Latviyaya birbaşa investisiyaların həcmini artırıb


Digərləri 12 Sen 2019 21:11:00 281 0

Azərbaycan Latviyaya birbaşa investisiyaların həcmini artırıb

2019-cu ilin birinci rübündə Azərbaycanın Latviyada birbaşa investisiyaları 17 milyon avroya çatıb, ötən ilin eyni dövründə bu göstərici 13 milyon avro təşkil edirdi.

Son.az bildirir ki, bunu Trend-ə Latviyanın iqtisadiyyat naziri Ralf Nemiro deyib.

Nazir bildirib ki, eyni zamanda Latviyanın Azərbaycana birbaşa investisiyaları 1 milyon avroya yaxındır.

Nazir qeyd edib ki, iqtisadi əməkdaşlığın ən səmərəli formalarından biri birgə şirkətlərin inkişafıdır: "Bu gün Latviyada Azərbaycan kapitalı ilə 50-dək Azərbaycan şirkəti işləyir. Latviya qarşılıqlı səmərəli investisiya mübadiləsində maraqlıdır".

R.Nemironun sözlərinə görə, Azərbaycan Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır: "Latviyanın Mərkəzi Statistika Bürosunun məlumatları göstərir ki, 2018-ci ildə Latviya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 28 milyon avro təşkil etmişdi, 2017-ci ildə də analoji göstərici qeydə alınmışdı".