Paltarın çox olması israfdırmı?


Digərləri 12 Sen 2019 21:10:00 267 0

Paltarın çox olması israfdırmı?

İshaq ibni Əmmar İmam Sadiqdən (ə) soruşur: "Möminin 10 köynəyinin olması rəvadırmı? Buyurur: "Bəli". Deyir: "Bəs 20 köynək necə?". Buyurur: "Bunlar israf deyildir, bəlkə israf odur ki, rəsmi görüş üçün olan paltarı iş paltarın qərar verəsən".

Paltarın əhəmiyyəti.

Həzrət Peyğəmbər (s) buyurur: "İnsanın haqqı vardır ki, özünü örtmək üçün paltara malik olsun". Paltar insanın ehtiyacı olan bir şeydir. Həzrət (s) başqa yerdə buyurur: "Bədən üç şeyə sevinər: xoş ətirə, yumşaq paltara və bal yeməyə".

İmam Əli (ə) buyurur: "Paltar gözəlliyi nümayiş etdirir". Başqa yerdə buyurur: "Pakizə paltar qəm və qüssəni aradan aparar və namaz üçün də lazımlıdır".

Geyinmək qaydası.

Həzrət Peyğəmbər (s) buyurur: "Rahat və yüngül ayaqqabı geyinin. Əhli-kitab kimi olmayın". Həmçinin buyurur: "Yaxşı ayaqqabı və pakizə paltar geyinin". Və: "Nə zaman ayaqqabı və paltar almaq istəyirsən, onun yenisini seç".

Bu hədislərdən belə nəticə çıxartmaq olur ki, müsəlman təmizliyə və nəzafətə riayət etməli, paltar alan zaman yaxşı cinsi seçməlidir. Sadə yaşamalı və təmtəraqdan uzaq olmalıdır. Həzrət (s) buyurur: "O zaman ki, paltarını çıxardırsan, "Bismillah" deyin. Paltarınızı çıxarandan sonra onu çırpın".

İmam Əli (ə) buyurur: "O kəs ki, həyatını davam etdirməyə meyillidir, yaxşı ayaqqabı və rahat paltar geyinsin". İmam Sadiq (ə) buyurur: "Hamama gedəndən sonra ki, paltarını geyinirsən, de: "Allahım! Mənə təqva paltarı geyindir və pisliklərdən uzaq et". Əgər bu cür edərsən, hər bir dərddən amanda olarsan".

(adsgarden = window.adsgarden || []).push({});