Aktrisaya əvvəl arılar hücum etdi, sonra it dişlədi


Digərləri 12 Sen 2019 20:44:00 338 0

Aktrisaya əvvəl arılar hücum etdi, sonra it dişlədi

Türk aktrisası Burcu Karaya babasının evində arılar hücum edib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, arılardan qaçmaq istəyən 39 yaşlı aktrisanı bu dəfə də qonşunun iti dişləyib.

"Qohumumla birlikdə ağacdan əncir toplayırdıq. Əvvəl 2-3 arı gəldi. Daha sonra onların sayı artınca, əlimizlə uzaqlaşdırmağa çalışdıq. Panikada düşüb qaçmağa başladıq. Mənin getdiyim tərəfdə arı pətəyi varmış. Bütün arılar bədənimə qondu. O arada da qonşunun iti gəlib ayağımı dişlədi. Birtəhər ondan xilas olub qonşunun evinə sığındım. Həkim allergiyaya qarşı dərman verdi. Göz qapaqlarımdan belə arıların iynələrini təmizlədik" deyə, aktirsa qeyd edib.

(adsgarden = window.adsgarden || []).push({});