Koçaryanın tərəfdarları və əleyhdarları arasında dava düşüb


Dünya 12 Sen 2019 20:49:00 236 0

Koçaryanın tərəfdarları və əleyhdarları arasında dava düşüb

Bu gün Yerevan məhkəməsində Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın məhkəməsi keçirilib.

Son.az APA-ya istinadən bildirir ki, məhkəmədə Robert Koçaryana qarşı irəli sürülmüş konstitusiya quruluşunun pozulmasına dair ittiham üzrə işə baxılıb. Sabiq prezidentin müdafiəçiləri onun azad olunmasını tələb ediblər.

Məhkəmənin qərarı sentyabrın 17-də elan olunacaq.

Məhkəmə iclasından sonra sabiq prezidentin tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib. Baş verənlərə görə, bir neçə nəfər, o cümlədən "Milli razılıq" partiyasının sədri Aram Arutunyan saxlanılıb.

R. Koçaryanın əleyhdarları onu qadını döyməkdə ittiham ediblər. A. Arutunyanın özü ünvanına edilən təhqirlərə cavab olaraq bu addımı atdığını bildirib.