Sürücülərin DİQQƏTİNƏ! Maşınlardakı dərman qutusu və odsöndürənlə bağlı YENİ XƏBƏR


Digərləri 12 Sen 2019 20:09:01 219 0

Sürücülərin DİQQƏTİNƏ! Maşınlardakı dərman qutusu və odsöndürənlə bağlı YENİ XƏBƏR

Nazirlər Kabineti “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nı təsdiqləyib.

Bakı. İlhamə İsabalayeva - Nazirlər Kabineti “Dərman qutusunun tərkibinə və odsöndürənə dair tələblər, habelə onlardan istifadə təlimatı”nı təsdiqləyib. Trend-in məlumatına görə, bu sənəd nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) olan dərman qutusunun tərkibinə və odsöndürənə dair tələbləri, habelə onlardan istifadə təlimatını müəyyən edir. Təlmata görə, sürücülər idarə etdikləri nəqliyyat vasitələrində (minik və yük avtomobillərində, avtobusda, təkərli traktorda, yanqoşqulu motosikletdə, habelə tramvay və trolleybusda) xüsusi dərman qutularının olmasını, onların komplektləşdirilməsini təmin etməlidirlər. Dərman qutusu nəqliyyat vasitəsində elə yerdə saxlanılmalıdır ki, ətraf mühitin təsiri (günəş şüaları və s.) onun içindəki dərman vasitələrinə zərər yetirməsin.