Uşaqlara xarici dili hansı yaşda tədris etmək lazımdır


Digərləri 12 Sen 2019 19:54:00 280 0

Uşaqlara xarici dili hansı yaşda tədris etmək lazımdır

Uşaqlara xarici dillərin tədrisini məktəbəqədər yaş dövründə başlamaq lazımdır.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Nijeqorod Dövlət Universitetinin psixofiziologiya kafedrasının dosenti Valeriya Demaryova deyib.

Onun sözlərinə görə, artıq altı ayında uşağın beyni intonasiya səhvlərinə reaksiya verə bilir: "Deməli, (uşaq - red.) bilik əldə etməyə hazırdır".

"Hesab edirəm ki, 3-4 yaşında uşaqlara artıq xarici dili öyrətmək olar və lazımdır. Özü də bunu kiçik, məsələn 4-5 nəfərdən ibarət qruplarda etmək lazımdır", - Demaryova deyib.

(adsgarden = window.adsgarden || []).push({});