İran Yaxın Şərqi tutub, Rusiyanı vuracaq


Dünya 12 Sen 2019 19:59:00 230 0

İran Yaxın Şərqi tutub, Rusiyanı vuracaq

Moskva və Tehranın mövqeləri heç də hər zaman üst-üstə düşmür.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu RBK-ya müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu deyib.

O, Rusiyanın gələcəyi üçün iki təhlükənin olduğunu bildirib. Netanyahu bunlardan birinin sünni radikal islam, digərinin isə İran olduğunu deyib:

"İran nüvə silahına sahib olmaqla Yaxın Şərqi ələ keçirmək istəyir. Yekunda Tehran silahını və ideologiyasını təkcə Qərbə və İsrailə yox, Rusiyaya da "göndərəcək".