İki kişi, bir qadından taksiçiyə qarşı dəhşətli əməl: "Evin açarlarını da ver"


Kriminal 12 Sen 2019 19:49:00 231 0

İki kişi, bir qadından taksiçiyə qarşı dəhşətli əməl: "Evin açarlarını da ver"

Bakıda oğurluq və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Samir Həşimov və Elvin Kazımov 12 il, Aysel Məmmədova isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bakı şəhər sakini Adil Babayev Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı üç bir qadın və iki kişi onun idarə etdiyi avtomobilə müştəri kimi əyləşiblər. Onlar taksi sürücüsündən Türkan qəsəbəsinə getməsini istəyiblər.

Ünvana çatanda isə həmin şəxslər ona hücum edərək bir ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər.