Səudiyyə Ərəbistanı kralı Salmanın qızının həbsi ilə bağlı


Dünya 12 Sen 2019 19:09:00 294 0

Səudiyyə Ərəbistanı kralı Salmanın qızının həbsi ilə bağlı

Səudiyyə Ərəbistanı kralı Salmanın qızı, şahzadə Hassa Bint Salman Fransada adam oğurluğuna təşviq etmə və zorakılıq hadisələrinə qarışma maddələri üzrə 10 ay həbsə məhkum edilib.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün baş tutan məhkəmədə verilən hökmün icrası təxirə salınıb.

2017-ci ilin dekabrından Fransada haqqında həbs qərarı olan Hassaya 10 min avroluq pul cəriməsi də verilib. Şahzadə özü məhkəməyə qatılmayıb.

Hassanın cangüdəni Səidi Rani evə gələn işçini zorla saxladığı və ona qarşı şiddət göstərdiyi üçün 8 ay həbs, 5 min avro pul cəzası alıb. Cangüdənin də cəzasının icrası təxirə salınıb.

(adsgarden = window.adsgarden || []).push({});