İmadəddin Nəsimi ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək


Digərləri 12 Sen 2019 19:02:00 206 0

İmadəddin Nəsimi ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

“İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq, Bakıda noyabrın 7-dən 10-dək “İmadəddin Nəsiminin dövrü: ictimai-siyasi həyat və mədəniyyət” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) trend-ə bildirilib ki, beynəlxalq konfransın təşkilatçıları AMEA-nın Tarix, Şərqşünaslıq və Elm Tarixi institutlarıdır. Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar oktyabrın 30-dək məruzələrinin tam mətnlərini [email protected] elektron ünvanına göndərə bilərlər. Tədbirə ölkə xaricindən qatılan mütəxəssislərin bütün xərcləri öz hesablarınadır.