Qala qəsəbəsində yolu keçən piyadanı maşın vurub öldürdü


Digərləri 12 Sen 2019 18:37:00 228 0

Qala qəsəbəsində yolu keçən piyadanı maşın vurub öldürdü

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə. sentyabrın 11-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini A.İsmayılov idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb. Xəzər RPİ tərəfindən araşdırma aparılır.