Bakcell qısa müddətdə LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib


Digərləri 12 Sen 2019 17:52:00 52 0

Bakcell qısa müddətdə LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

Bakcell şirkəti Azərbaycanda LTE şəbəkəsinin genişləndirilməsi üzrə ən genişmiqyaslı layihəni həyata keçirib.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Azərbaycanda LTE şəbəkəsinin genişləndirilməsi üzrə ən genişmiqyaslı layihəni həyata keçirib. Şirkətdən Trend-ə verilən məlumata görə, 2019-cu ilin may ayından indiyə kimi - cəmi 4 ay ərzində Bakcell 1000-dən çox 4.5G texnologiya ilə təchiz olunmuş LTE baza stansiyası quraşdırıb. Bu cür unikal layihə Azərbaycanda və hətta bütün regionda ilk dəfə həyata keçirilir. Bu gün 2700-dən çox 4G texnologiyalı baza stansiyası sayəsində Bakcell şirkəti əhatə dairəsi və şəbəkə tutumu baxımından ölkədə ən böyük 4G şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 91%-ni əhatə edir. Qeyd edək ki, Bakcell şirkəti özünün ultra-sürətli 4G şəbəkəsində LTE Advanced Carrier Aggregation (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasını tətbiqi sayəsində saniyədə 225 Meqabitə qədər olan sürətin dəstəklənməsini təmin edib. Bu gün Bakcell şəbəkəsi dünya üzrə tezlik daşıyıcılarının birləşməsi ilə “LTE-Advanced” texnologiyası üzərindən fəaliyyət göstərən nadir şəbəkələrdən biridir. Sözügedən texnologiya sayəsində Bakcell abunəçiləri 4K kontentini izləmək və yükləmək, əyləncə proqramlarına ani giriş əldə etmək, HD keyfiyyətində onlayn video izləmək, canlı konsert və idman proqramlarına baxmaq və mürəkkəb yeni nəsil mobil tətbiqetmələrindən istifadə etmək imkanına malikdirlər Azərbaycanda 4G xidmətinin ilk kommersiya istifadəsini istifadəçilərin ixtiyarına vermiş Bakcell, həmçinin Bakı metrosunda 4G şəbəkəsini quraşdıran ilk mobil operatordur. “Bakcell”in təmin etdiyi keyfiyyət və ən yüksək mobil İnternet sürətinə hətta beynəlxalq səviyyədə də yüksək qiymət verilir. Belə ki, 2018-ci ildə Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat şirkətə “Speedtest” xidmətinə görə bütün dünyada tanınan “Ookla” şirkəti tərəfindən təqdim edilib. 2017-ci ildə isə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
“Vicdan haqqı”nın aktyoru 22 kilo arıqlayıb, tanınmaz hala düşdü like
  • 12 Sen 17:49  
Digərləri “Vicdan haqqı”nın aktyoru 22 kilo arıqlayıb, tanınmaz hala düşdü

"Vicdan haqqı" serialı ilə məşhurlaşan aktyor İbrahim Çingiz i

arrow Ətraflı
Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülərin DİQQƏTİNƏ: like
  • 12 Sen 17:44  
Digərləri Sumqayıtdan Bakıya sərnişin daşıyan sürücülərin DİQQƏTİNƏ:

Yeni dərs ilinin başlanması ilə əlaqədar Sumqayıtdan Bakı şəhərinə v

arrow Ətraflı
"Nüvə müharibəsi başlaya bilər" like
  • 12 Sen 17:39  
Dünya "Nüvə müharibəsi başlaya bilər"

Müasir beynəlxalq vəziyyətdə nüvə müharibəsinin başlaması riski mövc

arrow Ətraflı
XİN: Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır like
  • 12 Sen 17:37  
Siyasət XİN: Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Le

arrow Ətraflı
Bakıda çoxmərtəbəli binada yanğın olub like
  • 12 Sen 17:34  
Digərləri Bakıda çoxmərtəbəli binada yanğın olub

Bakıda çoxmərtəbəli binada yanğın olub.

arrow Ətraflı
XİN: Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır like
  • 12 Sen 17:31  
Digərləri XİN: Azərbaycan Krımda keçirilən hər hansı “seçkilər”i tanımır

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi L.

arrow Ətraflı
Misir Mərdanov yenidən direktor seçildi like
  • 12 Sen 17:29  
Digərləri Misir Mərdanov yenidən direktor seçildi

AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi

arrow Ətraflı
Zamiqdən ata olacağı xəbərinə like
  • 12 Sen 17:24  
Şou-biznes Zamiqdən ata olacağı xəbərinə

Müğənni Zamiq Hüseynov ata olması barədə yayılan xəbərlərə münasib

arrow Ətraflı
Dairəvi yolda xəsarət alan qadının kimliyi bilindi like
  • 12 Sen 17:21  
Digərləri Dairəvi yolda xəsarət alan qadının kimliyi bilindi

Bakı dairəvi yolunda baş verən qəzada xəsarət alan şəxsin kimliyi məlu

arrow Ətraflı
Nəsrin büstqalerdə yataq görüntüsünü paylaşdı: like
  • 12 Sen 17:21  
Şou-biznes Nəsrin büstqalerdə yataq görüntüsünü paylaşdı:

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial şəbəkədəki fəallığı il

arrow Ətraflı
"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb like
  • 12 Sen 17:19  
Digərləri "AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb

Sentyabr ayının 12-də "AZERNEWS" onlayn qəzetinin növbəti nəşr

arrow Ətraflı
AzərbaycanTürkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək like
  • 12 Sen 17:14  
Siyasət AzərbaycanTürkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Sentyabrın 16-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasın

arrow Ətraflı
Ölü heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstə saxlanıldı like
  • 12 Sen 17:09  
Digərləri Ölü heyvan ətinin satışı ilə məşğul olan mütəşəkkil dəstə saxlanıldı

Mütəşəkkil dəstəyə məxsus anbarlardan satış üçün nəzərdə tutulan

arrow Ətraflı