Zamiqdən ata olacağı xəbərinə


Şou-biznes 12 Sen 2019 17:24:00 245 0

Zamiqdən ata olacağı xəbərinə

Müğənni Zamiq Hüseynov ata olması barədə yayılan xəbərlərə münasibət bildirib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, sənətçi mətbuata açıqlama yayaraq məlumatın həqiqəti əks etdirmədiyini qeyd edib:

"Az öncə dostum Röya həmişəki kimi təbriki ilə məni təəccübləndirdi. Öncə Röyaya və məni doğum günü münasibətilə təbrik edən hər kəsə təşəkkür edirəm. Mövzunu niyə Röyayla başladım? Mediadakı dostlarımız onun təbrikindən sonra ata olacağımla bağlı xəbər yayıblar. Əziz dostlar, belə bir şey yoxdur. Röya mənim yeni yaşımda ata olacağımı deyil, mənimlə bağlı ən böyük  arzusunu ifadə edib. O arzu ki, bu il ailə qurmağımı, ata olmağımı istəyir. 

Mənim üçün ata olmaq böyük məsuliyyətdir. Əlbəttə, mən də istəyərəm tezliklə bu statusa sahib olum. Bu xəbərə sevinən dostlarımın diqqətinə çatdırım ki, məni bu mövzuda təbrik etmək hələ tezdir. Belə bir şey olsa, hər kəsin xəbəri olacaq".