Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb


Digərləri 12 Sen 2019 17:40:00 219 0

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi BTİ-nin sertifikatına və gümüş medala layiq görülüb

Bakı. Beynəlxalq Telekommunikasiya İttifaqı (BİT) tərəfindən ənənəvi olaraq hər il təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransı bu gün başa çatıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin sonunda Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və nazirlik arasındakı əlaqələrin 10 illiyi münasibəti ilə nazirliyə sertifikat təqdim olunub. Sertifikatda BTİ ikitərəfli əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb. 100-dən artıq ölkədən 5000-dən çox nümayəndənin iştirak etdiyi beynəlxalq tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə BTİ tərəfindən gümüş medalla mükafatlandırılıb. “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı artıq 3-cü gündür ki davam edir. Tədbirdə ölkəmiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil olunub.