Bakıda taksi sürcüsünə quldurluq edən dəstəyə 34,5 il cəza verildi


Digərləri 12 Sen 2019 16:49:00 189 0

Bakıda taksi sürcüsünə quldurluq edən dəstəyə 34,5 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dəstə üzvlərinə hökm oxunub. Məhkəmənin hökmü ilə S.Həşimov və E.Kazımovun hər biri 12 il, A.Məmmədova isə 10 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, şəhər sakini Adil Babayev Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı üç nəfər şəxs onun idarə etdiyi avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib.