Bu mövsüm ekranlarda onlar olacaq


Digərləri 12 Sen 2019 15:45:00 281 0

Bu mövsüm ekranlarda onlar olacaq

Bir neçə gün sonra kanallarımız yeni mövsümə başlayacaq.

Son.az axşam.az-a istinadən xəbər verir ki, reytinq savaşını gücləndirməyə çalışan TV-lərimiz bu müharibədə qalib gəlmək üçün seriallarını mübarizəyə qoşub.

Bir neçə yeni serialın start götürəcəyi ekranlara yeni simaların gələcəyi də istisna deyil.

Yerli kananallarımızda hansı ekran işləri yayımlanacaq?

Formatında xeyli dəyişiklik olan "İctimai" TV iki serialla tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

Bunlardan biri baş rolunda Roza Zərgərlinin oynadığı komediya serialı "Bizim restoran"dır. Bir neçə müddətdir yayıma başlayan ekran işi çox da tamaşaçı kütləsi toplaya bilməyib.

Digər ekran işi isə dram janrındadır. "Kür nəğmə" adlanan serialda isə baş rolları Ziya Ağa, Elşən Rüstəmov, Günay Əhməd, Vüsal Hacıqədir, Fərhad Səmimi və Aygün Fətullayeva canlandırır. Hər iki ekran işi həftədə bir dəfə yayımlanacaq.

Əməkdar artist Kəmalə Müzəffər, aktyorlar Qorqud Cəfər və Günəş Mehdinin baş rolunda olacağı "Yad gəlin" ARB TV-də start götürəcək. Serial həftəiçi hər gün yayımlanacaq.

"Uçurum" serialı ikinci mövsümü ilə qaldığı yerdən elə ARB TV-də davam edəcək. Ekran işində Murad İsmayıl və Ülviyyə Xəlilbəyli rol alır.

Aktrisa Çimnaz Sultanovanın rol aldığı yeni serial isə "Məhəbbətə məğlub" adlanır. Çimnaz saytımıza açıqlamasında demişdi ki, burada məşhur türkiyəli aktyorla tərəf müqabili olacaq. Aktyorun adı isə gizli saxlanılır. O, bir neçə bölümdə rol alacaq.

"Qan qohumları" həftəiçi hər gün ATV-də yayımlanacaq. Serialda Zemfira Əbdülsəmədova və Türkay Cəfərli baş roldadır.

(adsgarden = window.adsgarden || []).push({});