Qıcolması olanlar bu müəssisələrdə işləyə bilməyəcəklər


Digərləri 12 Sen 2019 16:04:00 194 0

Qıcolması olanlar bu müəssisələrdə işləyə bilməyəcəklər

Azərbaycanda işçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan bəzi işlər üzrə tibbi əks göstərişlərin sayı artırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə "İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı"nda dəyişikliklər edilib.

Bu dəyişikliyə uyğun olaraq, uşaq və yeniyetmə (mövsümi) sağlamlaşdırıcı müəssisələrin işçilərinin bu müəssisədə işə başlaması üçün olan tibbi əks göstərişlərin sayı artırılıb. Epilepsiya nəticəsində psixi və davranış pozuntuları, müxtəlif qıcolma və paroksizmal tutmalar bu sahədə çalışma üçün tibbi əks göstəriş olacaq.

İndiyədək onlar üçün tibbi əks göstərişlər xəstələnmə və bakteriya gəzdirmə, qarın yatalığı, paratiflər, salmonellyoz, dizenteriya, himenolipidoz, enterobioz, sifilis yoluxucu dövrdə, cüzam, yoluxucu dəri xəstəlikləri; qoturluq, trixofitiya, mikrosporiya, favus, bədənin açıq sahələrində xoralaşma və sviş verən aktinomikoz, ağciyər vərəminin yoluxucu və destruktiv formaları, svişi olan ağ ciyərdən kənar vərəm, bakteriuriya, üzün və əllərin vərəm qurdeşənəyi, qonoreya (bütün formaları), dərinin irinli xəstəlikləri idi.

Heyvandarlıq təsərrüfatı işləri üzrə çalışanlar üçün də mövcud olan tibbi əks göstərişlərdə dəyişiklik edilib.