Yelizaveta Luzan: Mən komanda hesabı üçün mübarizə aparacağam


Digərləri 12 Sen 2019 16:15:00 196 0

Yelizaveta Luzan: Mən komanda hesabı üçün mübarizə aparacağam

Bədii gimnastika üzrə 37-ci dünya çempionatına hazırlıq intensiv davam edir

Bakı. Bədii gimnastika üzrə 37-ci dünya çempionatına hazırlıq intensiv davam edir. Bunu Trend-ə müsahibəsində Azərbaycan milli komandasının üzvü Yelizaveta Luzan deyib. Onun sözlərinə görə, demək olar ki, hər gün yoxlama məşqləri olur: “Mən ilk növbədə rəqiblərlə yox, özüm özümlə mübarizə aparmalıyam. İndi mənim üçn ən vacibi fərdi hesabda yer tutmaq deyil, mən komanda hesabı üçün mübarizə aparacağam. Yaxşı çıxış edib, komandama kömək etmək istəyirəm”. Gimnast çıxışı zamanı onun üçün ən çətin alətin gürzlər olduğunu deyib. Əksər gimnastlar kimi Y.Luzan da meydançaya çıxarkən həyəcan keçirir: “Mənə məşqçilər kömək edir, onlar məni sakitləşdirir. Özüm də sakit olmağa çalışıram. Çıxışdan əvvəl mən hər şeyi yoxlamalıyam, yalnız bundan sonra xalçaya çıxa bilərəm. Çıxış zamanı isə ən əsas başlanğıcdır. Bu, mənim üçün ən çətin hissədir, daha sonra sakit oluram. Tamaşaçıların dəstəyi də mənə müsbət təsir göstərir”.