Sverdlovsk vilayəti Azərbaycana biznes missiyalar göndərəcək


Digərləri 12 Sen 2019 15:27:00 220 0

Sverdlovsk vilayəti Azərbaycana biznes missiyalar göndərəcək

Gələn il Rusiyanın Sverdlovsk vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyi Azərbaycana bir sıra biznes missiyalar göndərməyi planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu qurumun rəhbəri Vasili Kozlov deyib.

Onun sözlərinə görə, söhbət ayrı-ayrı sahələr üzrə biznes missiyalardan gedir:

"Missiyaların tərkibində kimya sənayesi, informasiya texnologiyaları və digər sahələrin nümayəndələri olacaq. Eyni zamanda, Sverdlovsk vilayəti müxtəlif istehsal sahələri üzrə yüksək texnoloji əməliyyatlar üçün Azərbaycandan mütəxəssisləri cəlb etməyə hazırdır".