Fuad Nağıyev: İşğal edilmiş ərazilərin turizm imkanlarının təbliğatı yolverilməzdir


Digərləri 12 Sen 2019 15:00:00 246 0

Fuad Nağıyev: İşğal edilmiş ərazilərin turizm imkanlarının təbliğatı yolverilməzdir

İşğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm təbliğatı qətiyyən yolverilməzdir.

Bakı. İlhamə İsabalayeva - İşğal olunmuş ərazilərin, münaqişə zonalarının turizm təbliğatı qətiyyən yolverilməzdir. Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatının Baş Assambleyasının 23-cü sessiyasındakı çıxışında danışıb. Turizmdə etik normaların vacibliyindən danışan Agentlik sədri bildirib ki, Ümumdünya Turizm Təşkilatı çərçivəsində qəbul olunmuş etik və sivil qaydalara riayət olunduqda, o daha da effektiv quruma çevrilir. F.Nağıyevin sözlərinə görə, beynəlxalq platformalarda, sərgilərdə bəzi ölkələr təxribatlara yol verir və bu, qətiyyən yolverilməzdir, belə halların qarşısı alınmalıdır.