DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq


Digərləri 12 Sen 2019 14:51:00 243 0

DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq

Dövlət Miqrasiya Xidmətinin (DMX) işçilərinin maaşları artırılıb, bununla əlaqədar DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti (NK) "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri"ni təsdiq edib.

NK-nın qərarı ilə "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğləri" təsdiq edilib.

NK qərarında Maliyyə Nazirliyinə DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar cari ilin sonunadək tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini 2019-cu ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirməsini tapşırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq pul təminatının artırılması ilə əlaqədar olaraq DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının əmək Pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən Hesablanmasını və "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin edəcək.