Türkiyədə zəlzələ


Dünya 12 Sen 2019 14:46:00 206 0

Türkiyədə zəlzələ

Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli ilə 3,2 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar beş kilometr dərinlikdə qeydə alınıb.

Təkanlar qonşu vilayətlərdə də hiss olunub.

Zəlzələ nəticəsində fəsad və ya itkilər qeydə alınmasa da, sakinlər arasında təşviş yaranıb.