AFFA yeni yaradılan təşkilatla bağlı bəyanat yaydı


Digərləri 12 Sen 2019 14:44:00 255 0

AFFA yeni yaradılan təşkilatla bağlı bəyanat yaydı

Kütləvi İnformasiya Vasitələrində yayılan məlumata əsasən, bir qrup şəxs tərəfindən AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqı təsis edilib.

Bakı. Kütləvi İnformasiya Vasitələrində yayılan məlumata əsasən, bir qrup şəxs tərəfindən AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqı təsis edilib. Bəyan edirik ki, bu təşkilatın adında “AFFA” adından istifadə edilməsinə baxmayaraq, adı çəkilən təşkilatın AFFA və ya onun işçilərinə (indiki və ya keçmiş) hər hansı aidiyyatı yoxdur. Trend-in məlumatına görə, bu barədə AFFA-nın yaydığı bəyanatda bildilir. Rəsmi açıqlamada deyilir ki, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmin Qanunun eyni maddəsində “işçi” dedikdə “əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlayaraq əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür” kimi müddəa yer alıb.