Universitetə yüksək balla daxil olan internat məzunları


Digərləri 12 Sen 2019 14:15:00 255 0

Universitetə yüksək balla daxil olan internat məzunları

Bir neçə gün əvvəl 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan internat tipli məktəb məzunlarının sayı açıqlanıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu il internat tipli məktəbləri bitirən və 600-dən yüksək bal toplayan 11 məzun olub. 

İnternat tipli məktəb məzunları arasında ən yüksək nəticəni Ağdaş rayonu, M.Şeyxzadə adına internat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü gimnaziyanın məzunu Əliyev Murad Rəşad oğlu göstərib. O, 670.8 balla Bakı Ali Neft Məktəbinə qəbul olub.

Universitetə daxil olan internat tipli məktəblərin məzunlardan bəziləri saytımıza danışıb. 

K.Ağayev adına Biləsuvar şəhər internat tipli texniki fənlər təmayüllü liseyin şagirdi Teynurov Raqif Azərbaycan Respublikası Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub. 

O deyir ki, məktəbdə müəllimlərin dəstəyilə universitetə hazırlaşıb:

"Mən X və XI sinifdən dərslərimi oxumuşam. Elə universitetə də bu iki il ərzində hazırlaşmışam. Ailəmizdəki çətinliyə görə bəzi fənlər üzrə repetitor yanına hazırlığa getmişəm. Xarici dil fənni üzrə isə evdə hazırlaşmışam.

Hədəfim universitetə daxil olmaq idi. Onun üçün iki il ancaq dərs oxumuşam. Nəticədə, 625.9 bal toplamışam".