Azercell-in dəstəklədiyi “Uşaq Qaynar Xətt” xidmətinə yay ayları ərzində 1547 müraciət daxil olub


Digərləri 12 Sen 2019 14:14:32 64 0

Azercell-in dəstəklədiyi “Uşaq Qaynar Xətt” xidmətinə yay ayları ərzində 1547 müraciət daxil olub

Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidməti iyun, iyul və avqust ayları üçün hesabatını açıqlayıb.

Bakı. Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidməti iyun, iyul və avqust ayları üçün hesabatını açıqlayıb. Məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsi olan “Uşaq Qaynar Xətt” xidmətinə 2019-cu ilin iyun-avqust aylarında 1547 müraciət daxil olub. Daxil olan zənglərin 89-u psixoloji, 194-ü hüquqi, 901-i təhsil, 80-i səhiyyə, 125-i sosial, 158-i isə digər məsələlərə aiddir. Müraciətlərin 1440-ı 18 yaşdan yuxarı, 107-si isə 18 yaşdan aşağı şəxslər tərəfindən edilib. Qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinə zənglər əsasən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən daxil olur. Xatirladaq ki, öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində daim qayğıya ehtiyac olan uşaqlar üçün layihələr ilə seçilən Azercell şirkəti 2018-ci ilin iyun ayının 13-dən etibarən “Uşaq Qaynar Xətt” xidmətinin Göygöl ofisini istifadəyə təqdim edib. Mərkəz Göygöl rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir. Azercell Telekom-un dəstəyi, “Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24/7 rejimdə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb. Həmçinin, “Uşaq Qaynar Xətt”-inin dünyanın istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə 2017-ci ildə xidmətin IOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Prezident İlham Əliyev AŞPAnın prezidentini qəbul edib  FOTO like
  • 12 Sen 14:13  
Siyasət Prezident İlham Əliyev AŞPAnın prezidentini qəbul edib FOTO

Son.az AZƏRTAC-a sitinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pr

arrow Ətraflı
Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib (FOTO) like
  • 12 Sen 14:11  
Digərləri Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Avrop

arrow Ətraflı
Müştəridən kassirə qarşı ŞOK HƏRƏKƏT: like
  • 12 Sen 14:10  
Digərləri Müştəridən kassirə qarşı ŞOK HƏRƏKƏT:

Bakıda mağazadan oğurluq hadisəsi baş verib.

arrow Ətraflı
Ağcabədidə “Toyota” aşdı, ölən var like
  • 12 Sen 14:03  
Digərləri Ağcabədidə “Toyota” aşdı, ölən var

Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq like
  • 12 Sen 13:59  
Digərləri DMX əməkdaşlarının əmək pensiyaları yenidən hesablanacaq

Dövlət Miqrasiya Xidmətinin (DMX) işçilərinin maaşları artırılıb, bun

arrow Ətraflı
Metroda "WiFi" nə vaxt olacaq? like
  • 12 Sen 13:57  
Digərləri Metroda "WiFi" nə vaxt olacaq?

"Bakı Metropoliteni"nin stansiyalarında fiber optik şəbəkənin qu

arrow Ətraflı
Nazir müavini: "Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya qoyub" like
  • 12 Sen 13:56  
Digərləri Nazir müavini: "Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya qoyub"

Azərbaycan və Rusiya qarşılıqlı əməkdaşlığı və investisiyaların ar

arrow Ətraflı
Türkiyədə zəlzələ - Sakinlər təşvişə düşdü like
  • 12 Sen 13:53  
Digərləri Türkiyədə zəlzələ - Sakinlər təşvişə düşdü

Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli ilə 3,2 b

arrow Ətraflı
Dövlət əlilliyi olan şəxslərlə bağlı monitorinq keçirəcək like
  • 12 Sen 13:52  
Digərləri Dövlət əlilliyi olan şəxslərlə bağlı monitorinq keçirəcək

Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin hüquqları sahəsində dö

arrow Ətraflı
Metroda "Wi-Fi" nə vaxt olacaq? - AÇIQLAMA like
  • 12 Sen 13:49  
Digərləri Metroda "Wi-Fi" nə vaxt olacaq? - AÇIQLAMA

"Bakı Metropoliteni"nin stansiyalarında fiber optik şəbəkənin quraşdırı

arrow Ətraflı
Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu like
  • 12 Sen 13:47  
Digərləri Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi

arrow Ətraflı
Balakəndə 980 çətənə kolu aşkarlandı like
  • 12 Sen 13:43  
Kriminal Balakəndə 980 çətənə kolu aşkarlandı

Balakəndə xeyli sayda çətənə kolu aşkarlanıb.

arrow Ətraflı
Məryəm Səfərova:  Yarışdan əvvəl mən hər gün çoxlu məşq edirəm like
  • 12 Sen 13:40  
Digərləri Məryəm Səfərova: Yarışdan əvvəl mən hər gün çoxlu məşq edirəm

Bakıda keçiriləcək bədii gimanstika üzrə 37-ci dünya çempionatının i

arrow Ətraflı
“Tək yatır, əri yoxdu…” like
  • 12 Sen 13:34  
Digərləri “Tək yatır, əri yoxdu…”

Türkiyənin pop ulduzu Hadisənin "Harbiye" teatrındakı konsertind

arrow Ətraflı