Balakəndə 980 çətənə kolu aşkarlandı


Kriminal 12 Sen 2019 13:43:00 257 0

Balakəndə 980 çətənə kolu aşkarlandı

Balakəndə xeyli sayda çətənə kolu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yabanı halda bitmiş çəkisi 750 kiloqram olan 980 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Faktla bağlı araşdırma aparılır.