Metronun yeni stansiyasının açılışı niyə gecikir?


Digərləri 12 Sen 2019 13:25:00 247 0

Metronun yeni stansiyasının açılışı niyə gecikir?

"Bakı Metropoliteni"nin şərti adı "B3" olan stansiyasının tikintisi tamamlanmaq üzrədir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Bakı Metropoliteni"nin QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, stansiyanın tikintisində son tamamlanma aparıllr:

"Stansiyanın açılacağı tarix tam məlum deyil. Stansiyanın açılışı bu il gözlənilmir. İstər geoloji, istərsə də təbii səbəblərdən yaranan ləngimələr tikintidə yubanmalara səbəb olur. Hazırda stansiyanın üst hissəsində, yol hərəkəti zolaqlarında tamamlanma işləri gedir. Əgər başqa təbii və geoloji problemlər yaranmazsa, gələn il stansiyanın açılışı gözlənilə bilər".