Məşhurlarımızın küçə stili


Şou-biznes 12 Sen 2019 13:29:00 320 0

Məşhurlarımızın küçə stili

Dünya ulduzları dəfələrlə küçə gəzintisində paparazzilərin obyektivinə tuş gəlirlər. Onların səhnə geyimləri qədər, küçə tərzləri də müzakirələrə səbəb olur. Bizim məşhurları isə şəhərdə görmək heç də asan deyil. Onların küçə stilini yalnız sosial şəbəkədə paylaşdıqları fotolardan sezmək mümkündür.

Son.az axşam.az-a istinadən sənətçilərin küçə tərzində geyimlərini bir araya yığıb. Ulduzlarımızın "Street fashion"ı heç də səhnədəki geyimlərindən seçilmir.

Xalq artisti Aygün Kazımova səhnədəki parlaq, fərqli geyimləri ilə hər zaman seçilib. Sənətçi səhnədə nə qədər qlamurdursa, gündəlik geyimlərində bir o qədər sadəliyə üstünlük verir.