Mikro və kiçik sahibkarların əl işləri sərgidə nümayiş olunur


Digərləri 12 Sen 2019 13:27:14 56 0

Mikro və kiçik sahibkarların əl işləri sərgidə nümayiş olunur

2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri sərgisi öz işinə başlayıb.

Bakı. Sentyabrın 12-də “Bulvar Hotel Bakı”da 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi (“Gift & Promo 2019”) və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) sərgisi öz işinə başlayıb. Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də dəstək göstərdiyi sərgilərdə 50-yə yaxın yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur. Sərginin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sektoral sərgilərin əhəmiyyətini vurğulayıb, müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, KOBİA mikro və kiçik sahibkarlara, xüsusilə də qadın və əlil sahibkarlara, startaplara və gənclərə dövlət dəstəyi mexanizmləri və Agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində dəstək göstərir. Belə dəstək tədbirlərindən biri də mikro və kiçik sahibkarların ölkəmizdə keçirilən müxtəlif sərgi və festivallarda iştirakının təmin edilməsidir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır. Qeyd edək ki, KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunur. Stenddə suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar, oyuncaqlar və s. olmaqla ümumilikdə 50-yə yaxın çeşiddə əl işləri sərgilənir.
Metronun yeni stansiyasının açılışı niyə gecikir? like
  • 12 Sen 13:25  
Digərləri Metronun yeni stansiyasının açılışı niyə gecikir?

"Bakı Metropoliteni"nin şərti adı "B3" olan stansiyasın

arrow Ətraflı
Nazir: Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır like
  • 12 Sen 13:20  
Digərləri Nazir: Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır

Azərbaycan Cənubi Qafqazda Rusiyanın vacib ticari-iqtisadi tərəfdaşıdır

arrow Ətraflı
Valideynlərin NƏZƏRİNƏ: like
  • 12 Sen 13:20  
Digərləri Valideynlərin NƏZƏRİNƏ:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə azyaş

arrow Ətraflı
DİQQƏT! Lazer epilyasiyası sonsuzluq yaradır?  VİDEO  FOTO like
  • 12 Sen 13:15  
Digərləri DİQQƏT! Lazer epilyasiyası sonsuzluq yaradır? VİDEO FOTO

Xüsusən xanımlar arasında lazer epilyasiyasına müraciət edənlər çoxdur

arrow Ətraflı
Sentyabrın 8-də keçirilən buraxılış imtahanlarının NƏTİCƏLƏRİ açıqlanıb like
  • 12 Sen 13:14  
Digərləri Sentyabrın 8-də keçirilən buraxılış imtahanlarının NƏTİCƏLƏRİ açıqlanıb

Sentyabrın 8-də ümumi orta təhsil bazasında buraxılış imtahanının I m

arrow Ətraflı
Yağış yağacaq like
  • 12 Sen 13:14  
Digərləri Yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Türkiyədə terror aktının qarşısı alındı like
  • 12 Sen 13:06  
Dünya Türkiyədə terror aktının qarşısı alındı

Türkiyənin cənub-şərqindəki Mardin vilayətində keçirilən xüsusi əmə

arrow Ətraflı
Sabah yağış yağacaq like
  • 12 Sen 13:04  
Digərləri Sabah yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Bakıda borclunu oğurlayıb işgəncə verən kriminal dəstənin üzvü like
  • 12 Sen 13:03  
Kriminal Bakıda borclunu oğurlayıb işgəncə verən kriminal dəstənin üzvü

Bakıda borclu olan şəxsi oğurlayan, işgəncə verən və pul tələb edən

arrow Ətraflı
Bəzi sürücülər daha çox həkim müayinəsindən keçməli olacaqlar like
  • 12 Sen 13:02  
Digərləri Bəzi sürücülər daha çox həkim müayinəsindən keçməli olacaqlar

Azərbaycanda yerüstü nəqliyyatı idarə edən bəzi sürücülər üçün ic

arrow Ətraflı
Sosial mənzillərin növbəti satış tarixi məlum oldu like
  • 12 Sen 12:59  
Digərləri Sosial mənzillərin növbəti satış tarixi məlum oldu

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layih

arrow Ətraflı
8ci mərtəbədən yıxılan uşağı tutan kişinin barmaqları sındı like
  • 12 Sen 12:57  
Dünya 8ci mərtəbədən yıxılan uşağı tutan kişinin barmaqları sındı

Rusiyanın Yekaterinburq şəhərində baş verəən hadisənin faciəvi sonluql

arrow Ətraflı