Valideynlərin NƏZƏRİNƏ:


Digərləri 12 Sen 2019 13:20:00 61 0

Valideynlərin NƏZƏRİNƏ:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə azyaşlıların mənzillərdə köməksiz vəziyyətdə, bağlı qapı arxasında və liftdə qalması barədə daxil olan məlumatların sayında artım müşahidə edilir. Son.az ARB TV-yə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, təkcə bu ilin iyul və avqust aylarında "qaynar xətt"ə daxil olan məlumata əsasən, qapı arxasında 42, liftdə isə 33 azyaşlı köməksiz vəziyyətdə qalıb. Onlardan 75 əməliyyatda 89 azyaşlı təhlükədən xilas olunaraq ailə üzvlərinə və yaxınlarına təhvil verilib. Valideynlər hər hansı bir iş dalınca mənzili tərk edirlər və bu zaman uşaqlarına qapını bağlayaraq onları təhlükəsiz mühitdə qoyduqlarını düşünürlər. Amma bu cür valideynlər, əslində, bilməlidirlər ki, həmin evdə balacaların həyatını təhlükəyə atacaq kifayət qədər amillər var. Təhlükəsi bir yana, bu cür xoşagəlməz hadisələr uşaqların psixoloji inkişafına da ciddi təsir edir. Gülçin Mehdiyeva - FHN-nin Mətbuat Xidmətinin rəhbəri: "Balaca uşaqların bağlı qapı arxasında qalması onların tək qalma problemi deyil, həm də nəzarətsiz qaldığı halda müxtəlif təhlükələrlə üzləşməsi məsələsidir. Belə ki, evlərdə kimyəvi maddələr, qaz, işıq, elektrik enerjisi, açıq pəncərə, eyvan və s. bu kimi şeylər uşaqların həyatını ciddi təhlükəyə atır. Buna görə də biz əhalini balacalara qarşı daha çox diqqətli olmağa çağırırıq. Və liftlərdən istifadə edərkən uşaqları tək qoymamağa çağırırıq". Valideynlər isə iddia edirlər ki, övladlarını evdə tək qoyarkən onları təlimatlandırmağı da unutmurlar. Qapı və pəncərəni isə uşaqlar evdən kənara çıxmasınlar deyə bağlamaq məcburiyyətində qalırlar. Valideyn: "Çox nadir hallarda, çalışıram tək qoymayım. Evdə tək qaldığı vəziyyətlərdə təlimatlandırıram. Əlbəttə, təhlükəli cihazlardan, evin pəncərələri adətən dəmirlidir bizdə, onlar başa düşür ki, pəncərəyə yaxın durmaq olmaz". Valideyn: "Uşaqlara evdə elektrik cihazlarına yaxın durmamağı, evdən çıxarkən elektrik əşyaları cərəyanlardan ayırmağı uşaqlara öyrədirik". Azyaşlı: "Evdə qapı bağlı olanda qorxmuram, cizgi filminə, televizora baxıram". Azyaşlı: "Evdə tək olanda qorxuram". Psixoloqlar isə deyirlər ki, uşaqları evdə tək qoymaq olmaz. Çünki evdə tək qalan uşaqların təkcə həyatı üçün təhlükə yaranmır, eyni zamanda, bu, onların psixoloji inkişaflarına da mənfi təsir göstərir. Belə ki, evdə tək qalan azyaşlılarda çox vaxt güvən problemi, özünəqapanma hallarına rast gəlinir. Vəfa Əkbər - Psixoloq: "Müstəqil addım ata bilmir, sərbəst ola bilmir, hər yerdə onun fikrini məşğul edəcək fikir - anam indi çıxıb gedə bilər və ya atam gedəcək. Belə olduğu tədqirdə uşaqlar istər bağçada, istər məktəbdə problem yaşayır. Onlarda zaman anlayışı məhdud olduğu üçün uşaqlar elə düşünür ki, bu sonsuzdur. Yəni valideyn birdəfəlik getdi. Qeyri-müəyyənlik hissi onlarda qorxu yaradır". Psixoloqun fikrincə, ən qorxulu hal budur ki, gələcəkdə uşaqlarda müəyyən şəraitlərdə bu əlamətlər daha da çoxala bilər. Bu da balaca, dar, alçaq tavanlı, pəncərəsiz otaqlarda, liftlərdə, ictimai nəqliyyatda və digər sıxlıq olan yerlərdə özünü daha çox büruzə verə bilər. Elə buna görə də mütəxəssislər övladlarınızı evdə tək qoymamağı, evdən çıxarkən onları ya özünüzlə götürməyi, ya da etibar etdiyiniz birinə tapşırmağı məsləhət görürlər.

(adsgarden = window.adsgarden || []).push({});
DİQQƏT! Lazer epilyasiyası sonsuzluq yaradır?  VİDEO  FOTO like
  • 12 Sen 13:15  
Digərləri DİQQƏT! Lazer epilyasiyası sonsuzluq yaradır? VİDEO FOTO

Xüsusən xanımlar arasında lazer epilyasiyasına müraciət edənlər çoxdur

arrow Ətraflı
Sentyabrın 8-də keçirilən buraxılış imtahanlarının NƏTİCƏLƏRİ açıqlanıb like
  • 12 Sen 13:14  
Digərləri Sentyabrın 8-də keçirilən buraxılış imtahanlarının NƏTİCƏLƏRİ açıqlanıb

Sentyabrın 8-də ümumi orta təhsil bazasında buraxılış imtahanının I m

arrow Ətraflı
Yağış yağacaq like
  • 12 Sen 13:14  
Digərləri Yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Türkiyədə terror aktının qarşısı alındı like
  • 12 Sen 13:06  
Dünya Türkiyədə terror aktının qarşısı alındı

Türkiyənin cənub-şərqindəki Mardin vilayətində keçirilən xüsusi əmə

arrow Ətraflı
Sabah yağış yağacaq like
  • 12 Sen 13:04  
Digərləri Sabah yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Bakıda borclunu oğurlayıb işgəncə verən kriminal dəstənin üzvü like
  • 12 Sen 13:03  
Kriminal Bakıda borclunu oğurlayıb işgəncə verən kriminal dəstənin üzvü

Bakıda borclu olan şəxsi oğurlayan, işgəncə verən və pul tələb edən

arrow Ətraflı
Bəzi sürücülər daha çox həkim müayinəsindən keçməli olacaqlar like
  • 12 Sen 13:02  
Digərləri Bəzi sürücülər daha çox həkim müayinəsindən keçməli olacaqlar

Azərbaycanda yerüstü nəqliyyatı idarə edən bəzi sürücülər üçün ic

arrow Ətraflı
Sosial mənzillərin növbəti satış tarixi məlum oldu like
  • 12 Sen 12:59  
Digərləri Sosial mənzillərin növbəti satış tarixi məlum oldu

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layih

arrow Ətraflı
8ci mərtəbədən yıxılan uşağı tutan kişinin barmaqları sındı like
  • 12 Sen 12:57  
Dünya 8ci mərtəbədən yıxılan uşağı tutan kişinin barmaqları sındı

Rusiyanın Yekaterinburq şəhərində baş verəən hadisənin faciəvi sonluql

arrow Ətraflı
Evlərindən bank kartlarını oğurlayan 17 yaşlı qızın like
  • 12 Sen 12:53  
Dünya Evlərindən bank kartlarını oğurlayan 17 yaşlı qızın

ABŞ-da valideyinlərinin bank kartlarını oğurladığı üçün polislər t

arrow Ətraflı
Nazir müavini: Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya qoyub like
  • 12 Sen 12:52  
Digərləri Nazir müavini: Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya qoyub

Azərbaycan və Rusiya qarşılıqlı əməkdaşlığı və investisiyaların ar

arrow Ətraflı