8ci mərtəbədən yıxılan uşağı tutan kişinin barmaqları sındı


Dünya 12 Sen 2019 12:57:00 216 0

8ci mərtəbədən yıxılan uşağı tutan kişinin barmaqları sındı

Rusiyanın Yekaterinburq şəhərində baş verəən hadisənin faciəvi sonluqla bitməsinə 57 yaşlı kişinin cəsarəti mane olub.

Son.az bizimyol.info-ya istinadən xəbər verir ki, o küçə ilə gedərkən 8-ci mərtəbənin balkonundan sallanıb qalmış 7 yaşlı uşağı görüb:

"O qışqırırdı, barmaqlarının artıq onu saxlamağa gücü yox idi və bir neçə saniyə sonra əlləri balkonun kənarından qopdu. Özümü çatdırmağa çalışdım. Yalnız sağ qolumu son anda çatdıra bildim. Onu qucaqladım və hər ikimiz yerə yıxıldıq. Barmaqlarım qırıldı. Uşaq da travma aldı. Lakin həyati təhlükəsi yoxdur", - Aleksandr Prodovikov bildirib. Aleksandr qeyd edb ki, özünü qəhrəman hesab etmir və bu əməlinin qarşısında heç kimdən heç nə gözləmir.