Bakıda avtomobil qaz xəttini zədələdi 2 min nəfər qazsız qaldı


Digərləri 12 Sen 2019 11:45:00 227 0

Bakıda avtomobil qaz xəttini zədələdi  2 min nəfər qazsız qaldı

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib.

Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.