Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub (FOTO)


Digərləri 12 Sen 2019 12:06:00 238 0

Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub (FOTO)

Sentyabrın 11-də Heydər Əliyev Sarayında IV İndoneziya mədəniyyəti festivalının açılışı olub.

Bakı. Sentyabrın 11-də Heydər Əliyev Sarayında IV İndoneziya mədəniyyəti festivalının açılışı olub. Tədbir İndoneziyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb. Trend-in məlumatına görə, əvvəlcə iştirakçılar sarayın foyesində İndoneziyanmı milli mədəniyyətini əks etdirən sərgi ilə tanış olublar. İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani çıxış edərək Azərbaycan ilə İndoneziya arasında mövcud olan mədəni əlaqələrdən danışıb. Azərbaycanın zəngin mədəniyyət və çoxmillətlilik xüsusiyyətlərə malik olduğunu vurğulayan diplomat bildirib ki, ölkəsində 1340 etnik qrup var: “Hər iki ölkə tolerantlıq və həmrəyliyin inkişafının vacibliyini anlayır. Müxtəliflik bizi zənginləşdirir. Əminəm ki, festival ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi naminə güclərini birləşdirilməsində körpü rolunu oynayacaq”. Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, bu festival Bakıda dost, qardaş olan İndoneziyanın mədəniyyəti ilə bağlı sayca dördüncü tədbirdir. Əvvəlki illərdə olduğu kimi, budəfəki festivalda da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələr ölkəmizdə təqdim edilir. Ə.Qarayev bildirib ki, son 28 ildə ölkələrimiz arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Nazir vurğulayıb ki, İndoneziya səfirliyi son illərdə ölkəmizdə müxtəlif mədəniyyət festivalları keçirir. Bu isə xalqlarımız arasında əlaqələrin güclənməsinə təkan verir.