Tonqanın baş naziri ölüb


Dünya 12 Sen 2019 11:58:00 203 0

Tonqanın baş naziri ölüb

Tonqa Krallığının baş naziri Akilisi Poxiva dünyasının dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, baş nazir 78 yaşında Yeni Zelandiya xəstəxanalarından birində ölüb.

Məlumata görə, artıq uzun müddət imiş ki, tonqalı məmur pnevmaniyadan əziyyət çəkirmiş.

O, krallığın baş nazir postuna 2014-cü ildə təyin edilmişdi. Həmçinin son 32 ildə parlamentin deputatı olub.