Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub - CƏDVƏL


Digərləri 12 Sen 2019 11:20:00 253 0

Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub - CƏDVƏL

Ölkədə uşaqlarla bağlı sosial ödəniş sistemi ünvanlı, effektiv və optimal təminat prinsipinə əsaslanır

Bakı. Azərbaycanda aparılan sosial siyasətin mühüm istiqamətlərindən biri də müvafiq kateqoriyalardan olan, sosial müdafiəyə ehtiyac duyan uşaqların ünvanlılıq, effektiv və optimal təminat prinsipləri əsasında etibarlı sosial təminat sistemi ilə dolğun şəkildə əhatə olunmasıdır. Bu isə ölkədə sosial dəstəyə ehtiyac duyan hər bir uşağın dövlət tərəfindən birbaşa və müxtəlif sosial proqramlar vasitəsilə maddi formada dəstəklənməsinə imkan verir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə başçısını itirməyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilənlərin 166 min nəfəri, ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdəki ailə üzvlərinin (65 min ailə, 270 min ailə üzvü) 140 minə qədəri uşaqlardır. Nazirlikdən Trend-ə verilən məlumata görə, yeni doğulan uşaqlara görə ailələrə birdəfəlik müavinət verilir və təkcə ötən il ərzində 130 minə yaxın uşağa görə birdəfəlik müavinət ödənilib. O cümlədən, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların, Çernobıl AES qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin, müddətli həqiqi hərbi xidmət qulluqçularının, həmçinin beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək və valideynlərini itirmiş və sağlamlıq imkanları məhdud 92.8 min uşağın sosial müdafiəsi üçün aylıq sosial müavinət verilir. İl ərzində 35 minə yaxın 3 yaşadək uşağa qulluğa görə onların sığortaolunan valideynlərindən birinə müavinət ödənilir. Ümumilikdə il ərzində Azərbaycanda 565 minədək uşaq birbaşa və müxtəlif sosial proqramlar vasitəsilə maddi formada dəstəklə əhatə olunur.