Əli Həsənov: Azərbaycan azsaylı ölkələrdəndir ki, mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina edib


Digərləri 12 Sen 2019 11:15:00 49 0

Əli Həsənov: Azərbaycan azsaylı ölkələrdəndir ki, mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina edib

Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilir

Bakı. Elçin Mehdiyev - Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda vətəndaşların “Facebook”, "Twitter", “Youtube”, “Instaqram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilmişdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısında çıxışı zamanı deyib. Ə.Həsənov Azərbaycan milli mətbuatının müstəqillik dövründə bu günə qədər keçdiyi tarixi yolunu xatırladaraq bildirib: "Bu gün Azərbaycanda fəaliyyət göstərən KİV-lər cəmiyyətdə baş verən hadisələri, dövlətin həyata keçirdiyi siyasəti, o cümlədən beynəlxalq aləmdə cərəyan edən prosesləri sərbəst və müstəqil şəkildə araşdırır, əhalinin rəyini öz səhifələrində əks etdirərək hakimiyyətin nəzərinə çatdırır. KİV-lər istədiyi informasiyaları sərbəst şəkildə toplayıb yaymaq, o cümlədən iqtidarın apardığı siyasəti tənqid etmək və yaxud dəstəkləmək imkanına malikdir. Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir. Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional və 17 kabel televiziyası, 25 internet televiziyası,14 radio fəaliyyət göstərir. 2005-ci ildə ölkədə İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilmiş və hazırda uğurla fəaliyyət göstərir". Prezidentin köməkçisinin sözlərinə görə, sosial şəbəkə istifadəçilərin sayı ölkədə 3 milyon nəfərdən çoxdur ki, bu da cəmi 10 milyon əhalisi olan bir ölkə üçün çox böyük göstəricidir: "Sosial şəbəkələrə dövlət səviyyəsində verilən əhəmiyyətin nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin özünün və əksər dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə mütəmadi olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən biri kimi yanaşır və ondan istifadə edir. Müşahidələr və təhlillərdən aydın olur ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır. Lakin burada bir məqamı qeyd etməliyik ki, sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyillər də özünü göstərir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Belə ki, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir ki, bu da insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır, obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır. Yuxarıda dediklərimizi ümumiləşdirsək belə bir qənaətə gəlmək olar ki, Azərbaycan hakimiyyəti hazırda söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Bizim ölkə dünyanın və bölgəmizin azsaylı ölkələrindəndir ki, hələ 1998-ci ildə mətbuat və informasiya nazirliyini ləğv etmiş və mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina etmişdir. Azərbaycan dövləti bu işi hazırda ölkə jurnalistlərinin öhdəsinə buraxmışdır ki, onlar da öz ümumi toplantılarında jurnalistlərin vahid ictimai təşkilatı olan Mətbuat Şurasını yaratmışlar. Mətbuat Şurası bəhs etdiyim istiqamətdə dövlətin əsas tərəfdaşıdır. Ölkə jurnalistlərinin ictimai maraqlarının yeganə təminatçısı kimi çıxış edən bu qurum uğurlu fəaliyyət göstərir və bugünkü möhtəşəm toplantı da bunun əyani sübutudur. Dünya ölkələrini təmsil edən əksər Mətbuat Şuralarını Bakıya toplamaq və milli-transmilli jurnalistikanın, azad medianın problem və uğurların müzakirə etmək bacarığı bunun göstəricisidir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Aİİ-də sınaq dərslər təşkil olunur (FOTO) like
  • 12 Sen 11:13  
Digərləri Aİİ-də sınaq dərslər təşkil olunur (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) müəllimlərin işə qəbulu ilə

arrow Ətraflı
Bakının Baş Planı üzrə rəqəmsal kadastr məlumatları hazırdır like
  • 12 Sen 11:13  
Digərləri Bakının Baş Planı üzrə rəqəmsal kadastr məlumatları hazırdır

Bakı şəhərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar bar

arrow Ətraflı
Əflatun Amaşov: "Media dövlət siyasətini dəstəkləyir" like
  • 12 Sen 11:09  
Siyasət Əflatun Amaşov: "Media dövlət siyasətini dəstəkləyir"

Azərbaycanda media sahəsində uğurlar əldə olunub, 1998-ci ildə senzura l

arrow Ətraflı
Şimali Kiprdə hərbi hissədə partlayış olub like
  • 12 Sen 11:08  
Dünya Şimali Kiprdə hərbi hissədə partlayış olub

Şimali Kiprdə güclü partlayış baş verib.

arrow Ətraflı
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb like
  • 12 Sen 11:04  
Digərləri Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb

Sentyabrın 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinay

arrow Ətraflı
Metro istifadəçilərinə like
  • 12 Sen 11:02  
Digərləri Metro istifadəçilərinə

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) "Şah

arrow Ətraflı
Balidə 20 milyona villa alacaq like
  • 12 Sen 10:59  
Digərləri Balidə 20 milyona villa alacaq

Rusiya aparıcı və müğənnisi Olqa Buzova Bali adasında 20 milyon rubl məb

arrow Ətraflı
Əflatun Amaşov: Media dövlət siyasətini dəstəkləyir like
  • 12 Sen 10:57  
Digərləri Əflatun Amaşov: Media dövlət siyasətini dəstəkləyir

Azərbaycanda 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir

arrow Ətraflı
Tonqanın baş naziri ölüb like
  • 12 Sen 10:55  
Digərləri Tonqanın baş naziri ölüb

Tonqa Krallığının baş naziri Akilisi Poxiva dünyasının dəyişib.

arrow Ətraflı
Birbirindən unikal 200dək musiqi aləti Heydər Əliyev Mərkəzində like
  • 12 Sen 10:55  
Digərləri Birbirindən unikal 200dək musiqi aləti Heydər Əliyev Mərkəzində

Heydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sə

arrow Ətraflı
"Xətai" stansiyası istifadəyə verildi like
  • 12 Sen 10:50  
Digərləri "Xətai" stansiyası istifadəyə verildi

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin "Şah İsmayıl Xətai" stan

arrow Ətraflı
Bakıda avtomobil qaz xəttini zədələdi - 2 min istehlakçı qazsız qaldı like
  • 12 Sen 10:46  
Digərləri Bakıda avtomobil qaz xəttini zədələdi - 2 min istehlakçı qazsız qaldı

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametr

arrow Ətraflı
"Tam səmimi ancaq hamamda ola bilərik" like
  • 12 Sen 10:45  
Şou-biznes "Tam səmimi ancaq hamamda ola bilərik"

Gözəl qadınların şəxsi həyatda bəxti gətirmədiyini deyən Nura Suri bu

arrow Ətraflı
Bakıda bir qrup abunəçinin qazı kəsildi - SƏBƏB? like
  • 12 Sen 10:42  
Digərləri Bakıda bir qrup abunəçinin qazı kəsildi - SƏBƏB?

Bu gün saat 10:00-dan etibarən Bakının Sabunçu rayonunun Sabunçu qəsəbə

arrow Ətraflı