Şimali Kiprdə hərbi hissədə partlayış olub


Dünya 12 Sen 2019 11:08:00 236 0

Şimali Kiprdə hərbi hissədə partlayış olub

Şimali Kiprdə güclü partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, partlayış Qirne şəhərində hərbi hissələrin birində qeydə alınıb.

Partlayışa səbəb hərbi hissədə başlayan yanğın olub. İnsident nəticəsində xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi isə hələ məlum deyil.