Əflatun Amaşov: "Media dövlət siyasətini dəstəkləyir"


Siyasət 12 Sen 2019 11:09:00 226 0

Əflatun Amaşov: "Media dövlət siyasətini dəstəkləyir"

Azərbaycanda media sahəsində uğurlar əldə olunub, 1998-ci ildə senzura ləğv edilib, qanunvericilik bazası təkmilləşdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov qeyd edib ki, Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir: "Azərbaycanda 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Ölkəmizdə etnik qruplar sülh və əminamanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir".