"Xətai" stansiyası istifadəyə verildi


Digərləri 12 Sen 2019 10:50:00 208 0

"Xətai" stansiyası istifadəyə verildi

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin "Şah İsmayıl Xətai" stansiyası təmirdən sonra istifadəyə verilib.

Bakı. Samir Əli - "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (ASC) "Şah İsmayıl Xətai" stansiyası təmirdən sonra istifadəyə verilib. Bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, stansiya artıq sərnişinlərin istifadəsinədir.