Əflatun Amaşov: Media dövlət siyasətini dəstəkləyir


Digərləri 12 Sen 2019 10:57:00 223 0

Əflatun Amaşov: Media dövlət siyasətini dəstəkləyir

Azərbaycanda 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir

Bakı. Elçin Mehdiyev - Azərbaycanda media sahəsində uğurlar əldə olunub, 1998-ci ildə senzura ləğv edilib, qanunvericilik bazası təkmilləşdirilib. Trend-in xəbərinə görə, bunu Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə.Amaşov qeyd edib ki, Azərbaycanda internet media da fəaliyyətini uğurla davam etdirir: "Azərbaycanda 3 milyona yaxın insan sosial şəbəkədən istifadə edir. Ölkəmizdə etnik qruplar sülh və əminamanlıq şəraitində yaşayırlar. Media da bu istiqamətdə dövlət siyasətini dəstəkləyir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin