Bakıda avtomobil qaz xəttini zədələdi - 2 min istehlakçı qazsız qaldı


Digərləri 12 Sen 2019 10:46:00 235 0

Bakıda avtomobil qaz xəttini zədələdi - 2 min istehlakçı qazsız qaldı

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb.

Bakı. Samir Əli - Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobil qəzası zamanı diametri 159 mm olan qaz xətti zədələnib və qaz sızması aşkarlanıb. "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, baş verənlərin aradan qaldırılması üçün bu gün saat 10:00-dan təmir işlərinə start verilib. Təmir başa çatana qədər həmin ərazidə 2 min istehlakçının qaz verilişində fasilələr tətbiq olunacaq.