Yeni "Rolls-Royce Phantom Tranquillity" avtomobilinin təntənəli təqdimat mərasimi keçirilib (FOTO)


Digərləri 12 Sen 2019 10:28:00 200 0

Yeni "Rolls-Royce Phantom Tranquillity" avtomobilinin təntənəli təqdimat mərasimi keçirilib (FOTO)

11 sentyabr tarixində “Improtex Motors” şirkəti “Rolls-Royce Motors Baku” salonunda yeni Rolls-Royce Phantom Tranquillity modelini təqdim etdi.

Bakı. 11 sentyabr tarixində “Improtex Motors” şirkəti “Rolls-Royce Motors Baku” salonunda yeni Rolls-Royce Phantom Tranquillity modelini təqdim etdi. Phantom Tranquillity - dəbdəbə dünyasında ən əlçatmaz və ən çox arzuolunan modeldir. Tranquillity kolleksiyası bütün dünyada sadəcə 25 avtomobillə məhdudlaşır, həm standart, həm də uzun geniş təkər bazası ilə təqdim olunur. “Phantom” modeli “Rolls-Royce” şirkətinin əsas flaqmanıdır " – “Improtex Motors” şirkətinin Baş Direktoru Bayram Yaqubov qeyd etdi. “Biz fəxr edirik ki, bu unikal xüsusi hazırlanmış Phantom tezliklə qitəmizdə Azərbaycan yollarında ilk olacaqdır.” “Rolls-Royce Phantom Tranquillity qəbul olunan məhdudiyyətlərdən kənara çıxan şəxslər üçündür”, - deyə Rolls-Royce Motor Cars-ın Regional direktoru Culian Cenkins, Bakıda təqdimat mərasimində şərh etdi. Və davam etdirdi: “Hər bir kəsin bu avtomobildə əldə edəcəyi eyforik sakitliyi qeyd etmək üçün bu cür ad qoyulmuş və yaradılmış bu unikal Phantom Yer sərhədlərindən kənarda olan hisslər bəxş edir”. Phantom Tranquillity “Qalereya” motivi İngilis “Skylark” raketlərinin inkişaf etmiş texnologiyasından ilhamlanır. Kompozisiya yüksək əks olunan paslanmayan poladdan, 24-karatlıq qızıldan və kosmik keyfiyyətə malik alüminiumdan hazırlanıb. Rolls-Royce üçün ilk dəfə olaraq Səs tənzimləyicisində meteoritdən istifadə edilib; o, əlavə olaraq qızıldan hazırlanmış tutacaqla gücləndirilib ki, bu tutacaq kolleksiya qalereyasındakı qızıl örtüyə uyğundur və Roll-Royce-a xas xüsusiyyət təşkil edir. 1906-cı ildə Kirunada (İsveç) Yer üzünə düşmüş Muonionalusta meteoritinin bu cür istifadəsi onun aşkar edildiyi yerin və tarixin ətraflı şəkildə oyularaq yazılması ilə tamamlanır. Ayın işıqlı və qaranlıq tərəflərinə əsaslanaraq yaradılmış əsasən “Arctic White” dərisinin və ikinci növbədə “Selby Grey” dərisinin daxili rəng qamması unikal şpon ahəngini özündə birləşdirir. Hər iki seçimdə ön panel və mərkəzi konsol qara parlaq paslanmayan poladdan düzəldilib, eyni zamanda yuxarı cib yeşiyində və qapının dirsəkaltılarında mat materialla tamamlanıb. Həm qara, həm də ağ seçimdə 1977-ci ildə buraxılmış NASA-nın əfsanəvi “Voyager” kosmik aparatına həsr olunmuş Bespoke Audio Speaker Yapmaları qızıldan hazırlanıb və bütün avtomobildə mövcud olan əlavə qızıl elementlərini tamamlayır. Bu unikal element ideyası kosmosda qarşısına çıxa biləcək istənilən şüurlu canlılar üçün Yer üzündəki həyat və mədəniyyət müxtəlifliyinin göstərildiyi səslər və şəkillərin yer aldığı iki qızıl məlumat lövhələri ilə təchiz olunub. Geniş təkər bazalı seçimdə qapı panelindəki unikal naxış detalı dəqiqliklə “Qalereya” kolleksiyasındakı zərif, əl ilə hazırlanan detal üçün işləmə nümunəsinə uyğundur. Titandan naxışlarla sarı qızıldan hazırlanan “Technical” saat kosmik motivini tamamlayır.