Təranəylə Musanın 5 manatlıq “giveaway”i


Şou-biznes 12 Sen 2019 10:18:00 224 0

Təranəylə Musanın 5 manatlıq “giveaway”i

Müğənnilər Təranə Qumral və Musa Musayev səhifəsində "Giveaway" keçirir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, hazırda bir çox məşhurların İnstaqram səhifələrində izləyicilərinin sayını artırmaq üçün etdiyi bu üsula sponsorlar da qoşulur.

Lakin Təranə və Musa cütlüyünün səhifəsindəki sponsorlar digərlərindən fərqlənir.

Belə ki, adətən qiymətli hədiyyələrin olduğu "giveaway"ləri Musa və Təranənin səhifəsində görə bilmirik.

Əvəzində isə sponsorlar yarışmaya qatılan izləyicilərə daraqlı fen, 5 manatlıq kontur, 12 ədədlik şəkilli çərçivə, diş bəyazlatma məhsulu, qol saatı, parfüm və s. vəd edir.