Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır (FOTO)


Digərləri 12 Sen 2019 10:15:52 230 0

Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır (FOTO)

Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır.

Bakı. Samir Əli - Siyəzəndə 2 aya yaxındır itkin düşən şəxsin axtarışları aparılır. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 17 yaşlı Əlikram Fərzəliyev cari ilin iyul ayının 15-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Əlikram Fərzəliyev əlamətləri belədir: Boyu 165 sm., orta bədən quruluşlu, saçlarının və gözlərinin rəngi qaradır. Evdən çıxan zaman onun əynində qəhvəyi rəngli köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.