BakıHoradiz sərnişin qatarı 1 saat 10 dəqiqə ləngidi


Digərləri 12 Sen 2019 09:47:00 218 0

BakıHoradiz sərnişin qatarı 1 saat 10 dəqiqə ləngidi

Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb.

Bu barədə Son.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb.

Nasazlığın səbəbləri araşdırılır.

Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.