Bakı-Horadiz sərnişin qatarı 1 saat 10 dəqiqə ləngidi


Digərləri 12 Sen 2019 09:32:00 202 0

Bakı-Horadiz sərnişin qatarı 1 saat 10 dəqiqə ləngidi

Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb.

Bakı. Ceyhun Ələkbərov - Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb. Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb. Nasazlığın səbəbləri araşdırılır.