İlk “Huawei” televizorunun təqdimat tarixi açıqlanıb


Digərləri 12 Sen 2019 08:59:00 230 0

İlk “Huawei” televizorunun təqdimat tarixi açıqlanıb

İlk "Huawei" televizorunun təqdimat tarixi məlum olub.

Son.az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, model sentyabrın 19-da Münhendə "Mate 30" seriyalı smartfonlar və "Watch GT2" "ağıllı" saatları ilə birgə nümayiş olunacaq.

"Huawei" televizoru 65 düym diaqonallı ekran, irəliyə çıxan kamera və şirkətin smartfonları ilə geniş sinxronlaşdırma imkanları ilə təchiz olunacaq. Bundan əlavə, bu növ qurğular üçün məxsusi hazırlanan "HiSilicon Hi1103" prosessoru sadalanır.

Yeni qurğuda proqram platforması rolunu "Android" sisteminin alternativi kimi hazırlanan "HarmonyOS" (Hongmeng) əməliyyat sistemi oynayacaq. O, müxtəlif "Huawei" qurğularında, o cümlədən televizor, "ağıllı" saat və noutbuklarda istifadə ediləcək.

İnternet mənbələrinin məlumatına görə, "Huawei" televizoruna əsas texniki xüsusiyyətlər Çin şirkətinə məxsus "Honor" modellərindən köçürüləcək. Bu isə o deməkdir ki, "Huawei" modeli "4K" təsvir ölçülü ekran, "NFC" çipi və dörd və ya altı dinamikdən ibarət müasir audiosistem ilə təchiz ediləcək.

(adsgarden = window.adsgarden || []).push({});